Siyasət

Trend-in əməkdaşı "Rossiya 24" üçün Azərbaycandakı referendumu şərh etdi - VİDEO

26 Sentyabr 2016 21:39
Baxış: 1 146

Milli.Az bildirir ki, Trend-in Rus xəbərlər xidmətinin rəhbəri Elmira Tariverdiyeva "Rossiya 24" telekanalının "Evelina Zakamskaya ilə rəy" verilişi üçün Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsini (referendum) şərh edib.

Referendumun məqsədləri barədə suala cavab verərkən E.Tariverdiyeva bildirib: "Bu, daha çox bu gün Azərbaycanın əsas dəyəri olan sabitliyi qorumaq üçün atılmış addımdır, o cümlədən ilk növbədə xalq üçün vəziyyətin sabit, rahat, təşvişsiz qalmasına şərait yaradacaq".

Verilişdə müxbir Aleksey Şlyapnikov isə qeyd edib ki, ümumxalq səsverməsi seçicilərin qeyri-adi coşqusu şəraitində keçib, referendumun əsas şüarı isə "Sabitlik naminə" olub: "Seçki məntəqələrinə səs vermək üçün gələn sadəcə azərbaycanlılar məhz sabitliyə səs verdiklərini deyirdilər".

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə yekunlaşıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfər olub.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.