Siyasət

Azərbaycanın Rusiyadakı səfirliyində təşkil edilən referendumda yüksək seçici fəallığı olub

26 Sentyabr 2016 21:05
Baxış: 577

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ölkəmizin Rusiya Federasiyasındakı Səfirliyində keçirilən ümumxalq səsverməsi - referendum yerli vaxtla saat 19:00-da başa çatıb. Milli.Az bildirri ki, bu barədə səfirlikdən Trend-ə daxil olan məlumat deyilir.

Məlumatda qeyd olunur ki, yüksək seçici fəallığı ilə baş tutmuş səsverməyə Rusiya ərazisində daimi yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşları, o cümlədən Rusiya Federasiyasının Ryazan vilayətindəki Federal Cəzaların İcrası Xidmətinin Hüquq və İdarəetmə Akademiyasında təhsil alan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin kursantları, Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin Mülki Müdafiə Akademiyasında müdavim olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin zabitləri qatılıb. Həmçinin Rusiya Azərbaycanlı Gənclər Birliyinin (АМОР) üzvləri xüsusi fəallıq göstəriblər. Bununla yanaşı referendumda ən yaşlı seçici "İsrail-Azərbaycan" beynəlxalq assosiasiyasının ağsaqqallar şurasının sədri, professor Mixail Aqarunov xanımı ilə və ilk dəfə seçkilərdə iştirak edən ən gənc seçici Leyla Bülbül öz səsvermə hüquqlarından istifadə ediblər.

Səfirlikdə yaradılmış 17 saylı Yasamal III seçki dairəsinin 48 nömrəli seçki məntəqəsində konsulluq uçotunda olan 1500 Azərbaycan vətəndaşından 1498 nəfəri səs verib. Bu da buradakı ümumi seçici hüququna malik vətəndaşlarımızın 99,86% təşkil edir.

Referendumun gedişatını izləyən MDB-nin Parlamentlərarası Assambleyasından olan müşahidəçilər tərəfindən səsvermə zamanı heç bir nöqsana, qanun pozuntusuna rast gəlinmədiyi vurğulanmış, referendumun yüksək səviyyədə təşkil olunduğu qeyd olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.