Siyasət

ABŞ-dakı Azərbaycan vətəndaşları referendumda fəallıq nümayiş etdirirlər - YENİLƏNİB

26 Sentyabr 2016 22:39
Baxış: 817

22:39

Vaşinqtonda Azərbaycan səfirliyində yaradılmış seçki məntəqəsində saat 14:00 üçün seçici fəallığı 30 faiz təşkil edib. Milli.Az bildirir ki, bu barədə Trend-ə səfirlikdən məlumat veriblər.

---------

20:55

ABŞ-dakı Azərbaycan vətəndaşları ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendumda fəallıq nümayiş etdirirlər.

Milli.Az bildirir ki, səfirlikdən Trend-ə verilən məlumatda deyili ki, Vaşinqtonda Azərbaycan səfirliyində yaradılmış seçki məntəqəsi yerli vaxtla saat 8:00-da açılıb. Saat 11:00 üçün seçici fəallığı 17 faiz təşkil edib.

Seçici siyahısında 223 seçici qeyd olunub.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə yekunlaşıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfərdir.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.