Siyasət

ELS "exit-poll"un nəticələrini açıqladı

26 Sentyabr 2016 19:50
Baxış: 665

ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda səs verən seçicilər arasında apardığı "exit-poll"un nəticələrini açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, mərkəzin rəhbəri İradə Yaqubova mətbuat konfransında bildirib ki, "exit-poll" 118 seçki dairəsində 400 seçki məntəqəsində keçirilib.

Onun sözlərinə görə, gün ərzində intervüerlər saat 10:00, 13:00, 16:00, 18:00-də məlumatları Mərkəzin qərargahında telefon operatorlarına ötürülüb.

Qeyd edək ki, ELS-in keçirdiyi tədqiqata bütövlükdə 991 könüllü cəlb olunub.

İ.Yaqubova bildirib ki, səhər saat 08:00-dan 18:00-dək səsvrmə prosesində "exit-poll" keçirilib. Nəticəyə görə seçicilərin 65,1 faizi seçkidə iştirak edib. 4,2 faiz isə "exit-poll"da iştirakdan imtina edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.