Siyasət

Mətbuat Şurası: Jurnalistlərin fəaliyyəti üçün referendumda yaradılan şərait qənaətbəxşdir

26 Sentyabr 2016 19:29
Baxış: 494

Mətbuat Şurası referendumda jurnalistlərin peşə vəzifəsini yerinə yetirmələri ilə bağlı monitorinqini başa çatdırıb.

Şuradan Milli.Az-a verilən məlumata görə, monitorinq iki istiqamətdə aparılıb. Şuranın İdarə Heyətinin üzvləri gün ərzində istər paytaxtda, istərsə də bölgələrdəki dairə və məntəqə komissiyalarında olublar. Onlar medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdıqlarının şahidi olublar. Hər hansı nöqsan qeydə alınmayıb. Eyni zamanda jurnalistlər üçün fəaliyyət göstərməyə yaradılan şərait və imkan da qənaətbəxş qiymətləndirilib.

Monitorinqin digər istiqamətini "qaynar xətt" rejimi təşkil edib. Mətbuat Şurasının 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək bu rejimdə fəaliyyət göstərib. Peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən "qaynar xətt"ə hər hansı müraciət daxil olmayıb.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.