Siyasət

İspaniyalı parlamentari: "Bu gün Azərbaycan üçün vacib gündür"

26 Sentyabr 2016 19:24
Baxış: 482

Bu gün Azərbaycan demokratiyası və Konstitusiyası üçün vacib gündür. Milli.Az bildirir ki, bunu Trend-ə İspaniya parlamentinin üzvü Mariya de la Konsepsyon deyib.

Onun sözlərinə görə, referendum olduqca yaxşı təşkil olunub.

Deputat qeyd edib ki, seçicilər seçki qutularına sərbəst yanaşırdılar: "İnsanların tamamilə sakit səs vermələri çox vacibdir".

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.