Siyasət

Batumidəki Azərbaycan vətəndaşları da səs verirlər - FOTO

26 Sentyabr 2016 17:57
Baxış: 702

Gürcüstanın Batumi şəhərində olan Azərbaycan vətəndaşları Konstitusiyaya təklif olunan dəyişikliklərə Batumidəki Baş konsulluqda səs verirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, səsvermə prosesi sentyabrın 26-da yerli vaxtla saat 08:00-da başlayıb.

Baş konsul Rəşad İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycanın Batumidəki Baş konsulluğunda 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin nəzdində 53 saylı seçki məntəqəsi yaradılıb.

Hazırda Batumidə 84 nəfər Azərbaycan vətəndaşı qeydiyyatdadır. 

Konsulluğun foyesindəki stenddə seçicilərin siyahısı asılıb. Seçki prosesi Azərbaycanın seçki qanunvericiliyinə tam uyğun təşkil olunub.

Məntəqədə səsvermə ilə əlaqədar bütün zəruri işlər görülüb. Baş konsul Rəşad İsmayılov səs verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.