Siyasət

Stefan Şennak: "Referendumun şəffaf və demokratik keçirilməsi üçün çox iş görülüb" - FOTO

26 Sentyabr 2016 17:22
Baxış: 559

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Referendumu Dəyərləndirmə Missiyası Azərbaycanda keçirilən referendumda səsvermə prosesini müşahidə edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqələrində olub. Həmməruzəçi seçici siyahılarına nəzər salıb, səsvermə prosesini müşahidə edib, yerli müşahidəçilərin fikirlərini öyrənib.

Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının üzvü jurnalistlərə deyib ki, məntəqələr açıldığı vaxtdan səs vermək üçün növbədə çoxlu seçici dayanıb. Səsvermədə iştirak edənlər arasında qadınlar üstünlük təşkil edirlər.

Stefan Şennak, həmçinin Bakının mərkəzində yerləşən məntəqələrdə olduqlarını, səsvermə prosesinin çox yaxşı təşkil edildiyini, gün ərzində paytaxtdan kənardakı məntəqələrdə də müşahidə aparacaqlarını bildirib.

"Referendumun şəffaf və demokratik keçirilməsi üçün çox iş görülüb. Səsvermə prosesi normal gedir. İnsanlar sərbəst seçim edirlər. Səsverməni xeyli sayda müşahidəçi izləyir. Məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün bunlar səsvermənin şəffaf və demokratik keçməsini şərtləndirən amillərdir", - deyə beynəlxalq müşahidəçi Stefan Şennak vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.