Siyasət

"Exit-pol": Rəyi soruşulan vətəndaşlar referendumda səsvermə üçün yaradılan şəraitdən razıdırlar

26 Sentyabr 2016 17:13
Baxış: 586

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 17 saylı Yasamal üçüncü seçki dairəsi dairə seçki komissiyasının 2 saylı seçki məntəqəsində səsvermə prosesi üçün hər cür şərait yaradılıb. Burada olduğumuz müddətdə heç bir qayda pozuntusu və ya vətəndaş narazılığı ilə qarşılaşmamışıq.

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində referendumla əlaqədar "exit-pol" aparan "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin məntəqədəki nümayəndəsi Rəhim Bayramlı bildirib. Qeyd olunub ki, məntəqədə ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə davam edir. Hər bir vətəndaş səsvermədə yüksək əhval-ruhiyyədə iştirak edir. Sorğular göstərir ki, indiyədək səsvermədə iştirak edən hər bir vətəndaş seçki məntəqəsində yaradılan şəraitdən və səsvermə prosesindən razıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.