Siyasət

"Qadın seçicilər daha aktivdirlər"

26 Sentyabr 2016 17:20
Baxış: 593

"Referendumla bağlı heç bir problem və nöqsanla rastlaşmamışıq".

Milli.Az bildirir ki, bu sözləri APA-ya açıqlamasında AŞPA-nın fəxri üzvü, Monitorinq Komitəsinin Azərbaycan üzrə keçmiş həmməruzəçisi Tadeuş İvinski deyib. O, səsverməni müşahidə etmək üçün bir qrup müşahidəçi ilə Azərbaycana gəldiyini bildirib: "Qrupa həm seçkiləri müşahidə etmək üzrə ixtisaslaşmış missiya olan Avropa Akademiyasının,  həm də AŞPA-nın üzvləri daxildir. Biz bir neçə seçki məntəqəsini gəzmişik. Heç bir problem və nöqsanla rastlaşmamışıq. Mən burada prezident və parlament seçkilərini də müşahidə etmişəm. Referendumu ilk dəfə müşahidə edirəm. Bir çox fərdi müşahidəçilərlə rastlaşmışam. Məncə, qadın seçicilər daha aktivdirlər. Müşahidəyə davam edirik. Sayılma prosesi bir qədər çətin olacaq. Çünki 29 suala müxtəlif cavablar veriləcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.