Siyasət

İlyas Umaxanov: "Referendum müstəqil Azərbaycana özünəməxsus etimad rəyidir"

26 Sentyabr 2016 17:10
Baxış: 384

Referendum Azərbaycan prezidentinə, müstəqil Azərbaycana, onun azad daxili və xarici siyasətinə özünəməxsus etimad rəyidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidə missiyasının rəhbəri İlyas Umaxanov deyib

Onun sözlərinə görə, MDB PA-nın müşahidə missiyasının nümayəndələri səhər saatlarından təqribən 60 seçki məntəqəsində olublar: "Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, vətəndaşların Bakıda və ümumilikdə ölkə üzrə yüksək aktivliyi var".

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.