Siyasət

Azərbaycanın Ukraynadakı səfirliyində səsvermə davam edir - FOTO

26 Sentyabr 2016 14:00
Baxış: 4 933

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendumda) Ukraynada daimi yaşayan və ya müvəqqəti həmin ölkədə olan həmvətənlərimizin iştirakının təmin edilməsi məqsədilə 17 saylı Yasamal üçüncü seçki dairəsinin Azərbaycanın Ukraynadakı səfirliyində yaradılmış 50 saylı seçki məntəqəsi bu gün, sentyabrın 26-da Kiyev vaxtı ilə saat 08:00-da açılıb.

Səhər tezdən burada səsvermədə böyük canlanma müşahidə olunur.

Milli.Az bildirir ki, "Azərbaycan Dəmir Yolları" qapalı səhmdar cəmiyyətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Natiq Nağıyev səfirlikdəki məntəqədə səs verəndən sonra AZƏRTAC-a müsahibəsində deyib: "Budəfəki referenduma böyük ümidlər bəsləyirəm. Konstitusiyaya dəyişikliklər edilməklə Azərbaycan demokratiya, tərəqqi və cəmiyyətimizin, dövlətimizin həyatının bütün sahələrində dərin islahatlar yolu ilə uğurlu irəliləyişini davam etdirəcək. Xüsusilə fərəhli haldır ki, Azərbaycan gəncləri üçün parlaq imkanlar və perspektivlər yaranır".

Referendumda səsvermə davam edir. Azərbaycanın Ukraynadakı səfirliyində yaradılmış seçki məntəqəsi yerli vaxtla saat 19:00-da bağlanacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.