Siyasət

İtaliyalı senator: "Nizam-intizam qaydalarına riayət olunub"

26 Sentyabr 2016 12:44
Baxış: 3 147

İndiyədək müşahidə apardığımız məntəqələrdə nizam-intizam qaydalarına riayət olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İtaliya Senatının üzvü Sercio Divina deyib.
 
22 saylı Nəsimi II seçki dairəsinin 5 saylı seçki məntəqəsində olan S.Divina qeyd edib ki, indiyədək müşahidə apardığı məntəqələrdə bütün sənədləşmə, qeydiyyat qaydalara uyğun aparılıb.

"Referendum zamanı başqa məntəqələrdə təkrar səsvermənin qarşısını almaq üçün ultraqırmızı şüa ilə barmaqların yoxlanılması isə düşünürəm ki, effektiv addımdır" - deyə italiyalı senator bildirib.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.