Siyasət

Səfirlik: "Rusiyadakı Azərbaycan vətəndaşları səsvermədə iştirak edirlər"

26 Sentyabr 2016 12:40
Baxış: 2 900

Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ölkəmizin Rusiyadakı Səfirliyində keçirilən ümumxalq səsverməsi - referendum yerli vaxtla saat 08:00-da başlayıb.

Milli.Az bildirir ki, ssəfirlikdən Trend-ə verilən məlumata görə, Rusiya ərazisində yaşayan və ya müvəqqəti bu ölkədə olan Azərbaycan vətəndaşları səsvermədə iştirak edirlər.

Səfirlikdə yaradılmış 17 saylı Yasamal III seçki dairəsinin 48 nömrəli seçki məntəqəsində konsulluq uçotunda olan 1500 Azərbaycan vətəndaşı qeydiyyata alınıb.

Səhər saatlarından artıq seçici fəallığı hiss olunur. Saat 10:30-a olan məlumata əsasən, artıq 230 nəfər səs verib ki, bu da ümumi səs verənlərin 15% təşkil edir.

Referendumu gedişatını MDB-nin Parlamentlərarası Assambleyasından olan müşahidəçilər də izləyirlər.

Ümumxalq səsverməsinin yüksək səviyyədə təşkili üçün lazımi tədbirlər həyata görülüb.

Səsvermə Moskva vaxtı ilə saat 8-dən 19-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.