Siyasət

Azərbaycanın Almaniyadakı səfirliyində səsvermə başlayıb

26 Sentyabr 2016 11:53
Baxış: 2 887

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Azərbaycan Respublikasında keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 32 saylı referendum məntəqəsi bugün yerli vaxtla 08:00-da səsverməyə açılıb.

Milli.Az bildirir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, məntəqədə Almaniyada daimi və müvəqqəti yaşayan vətəndaşlarımızın səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan bütün zəruri hazırlıq işləri görülüb, səsvermənin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb.

Səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.