Siyasət

Daha bir gənc AXCP-dən istefa verdi - FOTO

25 Sentyabr 2016 23:18
Baxış: 884

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) daha bir nəfər istefa verib.
 
Milli.Az azxeber.com-a istinadən bildirir ki, bu dəfə partiyadan fəal gənclərdən olan Rəşad Babalı istefa verib.
 
O özü bu haqda məlumat verib. Babalı istefasının səbəbini partiyada ona olan ögey münasibətə görə atıb: "Son zamanlar baş verən proseslər qərarımı sürətləndirdi. Belə ki, üzvü olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarından çıxdığımı elan edirəm. Addımımın səbəbləri barədə hələ ki ətraflı yazmaq fikrim yoxdu. Ümumi olaraq iki amilin məni buna vadar etdiyini deyə bilərəm. Son zamanlar aparılan siyasi istiqamət və şəxsimə qarşı gördüyüm ögey münasibət. Həm də jurnalist kimliyimi hansısa partiya mənsubiyyəti olmadan davam etdirmək istəyirəm. Ümid edirəm artıq keçmiş partiydaşlarım, dostlarım mənim bu qərarımı anlayışla qarşılayarlar".
 
O həmçinin deyib ki, bundan sonra siyasi partiyaya üzv olmağı düşünmür: "Yaxın müddətdə hansısa partiyaya, siyasi quruma üzvlüyü düşünmürəm. Proseslərə baxışımda, prinsiplərimdə heç bir ciddi dəyişiklik yoxdu".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.