Siyasət

Dağlıq Qarabağ münaqişəsi Moskvada müzakirə olunacaq

31 Avqust 2016 16:54
Baxış: 1 872

Moskvada sentyabrın 8-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin məsləhətləşmələri keçiriləcək.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk qrupunun həmsədrlərinin nazirlik rəhbərliyi ilə görüşü olacaq.

"Münaqişənin həlli üzrə aktual məsələlər müzakirə ediləcək. Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmalara xüsusi diqqət yetiriləcək", - deyə M.Zaxarova bildirib.

XİN sözçüsü vurğulayıb ki, görüşün məqsədi münaqişənin həlli üzrə üç tərəfin səylərinin koordinasiya edilməsidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.