Siyasət

ATƏT XİN başçıları sabah Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

31 Avqust 2016 16:18
Baxış: 1 155

"ATƏT Xarici İşlər Nazirlərinin qeyri-formal Şurasında aktual gündəmin bütün məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer deyib.

Görüş sentyabrın 1-də Potsdamda keçiriləcək.

Onun sözlərinə görə, dünyanı bürüyən indiki böhran vəziyyətində ATƏT-in rolu heç vaxt olmadığı qədər mühümdür: "Bura Ukraynanın şərqi, Dnestryanı, Dağlıq Qarabağ və Avropadakı digər böhran vəziyyətləri aiddir".

Nazir qeyd edib ki, Almaniya nümayəndə heyəti Potsdamda bütün bu vacib mövzuları, eləcə də beynəlxalq terrorçuluq və qaçqınlar məsələlərini müzakirə etməyi planlaşdırır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.