Siyasət

MSK-da təşviqat qruplarının səlahiyyətli nümayəndələri qeydə alınıb

27 Avqust 2016 14:30
Baxış: 948

Mərkəzi Seçki Komissiyası Müsavat Partiyası tərəfindən yaradılmış "Respublika" təşviqat qrupunun qeydə alınmasından imtina edib.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildiriilib.

MSK katibi Arifə Muxtarova deyib ki, "Respublika" təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayı tələb ediləndən az olub. MSK tərəfindən 3604 imza etibarsız sayılıb, qalan 35 000-dən bir qədər çox imza təşviqat qrupunun qeydə alınması üçün kifayət olmayıb.

MSK "Respublika" təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi barədə qərar verib.

İclasda "Vətəndaş cəmiyyəti" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri, təşviqat qrupunun vəkil edilmiş şəxsləri qeydə alınıblar, "Vətəndaş cəmiyyəti" referendum üzrə təşviqat qrupunun MSK-da məşvərətçi səs hüquqlu komissiya üzvü qeydə alınıb.

Bununla yanaşı, "Bələdiyyə" referendum üzrə təşviqat qrupunun da səlahiyyətli nümayəndələri, təşviqat qrupunun vəkil edilmiş şəxsləri qeydə alınıblar. Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.