Siyasət

Azərbaycanlı müəllifin FETÖ gerçəklərini anladan kitabı Türkiyədə nəşr edilib

27 Avqust 2016 14:40
0 Şərh     Baxış: 2 078

Azərbaycanlı müəllifin FETÖ gerçəklərini anladan kitabı Türkiyədə nəşr edilib.

Milli.Az xəbər verir ki, bu barədə ölkə.az-a müəllif Aqil Ələsgər məlumat verib. Onun sözlərinə görə, yazarın "Terrorun Gülən üzü" kitabının əsasında türk dilində qələmə alınan "Sessiz işgal - Azerbaycanda FETÖ Yapılanması" adlı kitab Türkiyənin son illərin ən məşhur, 2012-ci ildə "Yılın Yayın evi" və 2015-ci ilin "Düşüncə və İfadə Azadlığı" mükafatlarını almış "Kırmızı Kedi" nəşriyyatı tərəfindən çap olunub:

"Dünyaca məşhur yazarların, FETÖ ilə gerçək mübarizə aparan imzalar arasında imzamızın olmasına dəstək verən dəyərli insanlara, başda kitabın həm tərcüməsində, həm də belə bir yayım evində yayımlanmasında müstəsna rol oynayan dəyərli ustadım Mayis Əlizadə bəyəfəndiyə sonsuz təşəkkür edirəm. Kitabda şəbəkənin Azərbaycan fəaliyyətləri ilə yanaşı, ideoloji tərəflərinə də toxunulub. Türkiyənin sabiq baş qərargah rəisi İlker Başbuğ, Yılmaz Özdil, Soner Yalçın, Sabri Uzun kimi məşhur yazarlar bu yayım evinin tərəfdaşlarıdır".

Xatırladaq ki, Aqil Ələsgərin FETÖ təşkilatlanmasından bəhs edən və Azərbaycan dilində çapdan çıxan "Terrorun Gülən üzü" adlı kitabı 2015-ci ilin may ayında işıq üzü görüb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.