Siyasət

Bakıda daha bir beynəlxalq forum keçiriləcək

26 İyul 2016 15:41
Baxış: 765

Azərbaycan hökuməti və BMT Avropa İqtisadi Komissiyasının birgə təşkilatçılığı ilə 18-21 oktyabr tarixlərində Bakı şəhərində BMT Avropa İqtisadi Komissiyasının Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ekspertlər qrupunun növbəti sessiyası, "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumu, "Bərpa Olunan Energetikanın inkişafı" beynəlxalq konfransı keçiriləcək.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Mətbuat Katibliyindən məlumat verilib.

Bildirilir ki, tədbirlər çərçivəsində ölkələrin ətraf mühitə təsirlərin azaldılmasına dəstəyi və "Paris İqlim sazişi"ndən irəli gələn milli öhdəliklərin tətbiqi istiqamətindəki fəaliyyətlərinin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpa olunan enerji mənbələrinin və enerji səmərəliliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm məsələlər müzakirə olunacaq.

Alternativ və Bərpa Olunan Enerji mənbələri üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçiriləcək 4 günlük Forum paralel seminar və plenar sessiyalar, eləcə də "BMT Avropa İqtisadi Komissiyası regionunda bərpa olunan enerjinin inkişafı" Beynəlxalq Konfransını, UNECE-nin Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ekspertlər Qrupunun sessiyalarını özündə birləşdirir. Tədbirdə BMT regional komissiyalarına üzv olan dövlətlərin 300-dən çox dövlət və hökümət rəsmiləri, maliyyə sektorunun və işgüzar mühitin nümayəndələri, enerji mütəxəssisləri və elmi tədqiqatçıları iştirak edəcək.

Qeyd edək ki, UNECE-nin Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ekspertlər Qrupunun sessiyaları ilk dəfədir ki, İsveçrənin Cenevrə şəhərindən kənarda keçirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.