Siyasət

İlham Əliyev Maldiv və Liberiya prezidentlərini təbrik edib

25 İyul 2016 18:16
Baxış: 1 012

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Maldiv Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və tərəqqi arzulayıram".

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liberiya Respublikasının Prezidenti xanım Ellen Conson-Serlifə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi diləyirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.