Siyasət

Fətullahın Azərbaycan imamı Sakarya valisi olacaqmış… - FOTO

25 İyul 2016 13:51
0 Şərh     Baxış: 2 102

Əgər Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi baş tutsaydı, Fətullah Gülənin Azərbaycan imamı Sakarya vilayətinin valisi təyin olunacaqdı.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Türkiyə hökumətinə bağlı "Sabah" qəzeti yazır. Bu, Malatyada anadan olmuş 51 yaşlı Turan Öztorpakdır. Bildirilir ki, çevrilişə cəhd edənlərdən hansı vilayətə kimin vali təyin olunacağını göstərən siyahı çıxıb və siyahıda Öztorpakın da adı var.

Turan Öztorpak 1998-ci ildə Fətullah Gülən təriqətinə bağlı Azərbaycan-Türkiyə Litseylərinin Baş Müdürlüyünə təyin olunub. 2000-ci ildə təriqətin Azərbaycan imamı təyin edilib. Daha sonra Azərbaycandan uzaqlaşdırılıb və Türkiyənin Sakarya vilayətinin baş imamı olub. Hələ də Sakarya imamıdır, 2014-cü ilin noyabrından Sakaryada Sebat Egitim-də işləyir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.