Siyasət

İrəvanda silahlı dəstə hökumətə təslim olmaqdan imtina edir: pilotsuz uçan aparat vurulub

25 İyul 2016 09:46
2 Şərh     Baxış: 3 846

09:46

Polis qiyamçıların ələ keçirdikləri post-patrul binasının divarlarından birini uçurmağa başlayıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistanın Gala TV-si hesab edir ki, buna, qiyamçılara qarşı hücumun başlaması da demək olar.

---------

07:46

İrəvanda polis binasını ələ keçirmiş silahlı qrup silahı yerə qoymaqdan və hakimiyyətə təslim olmaqdan imtina edir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bir az əvvəl silahlı dəstənin üzvləri polis mikroavtobusu yandırıblar.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvanda Daxili Qoşunların və polisin binasını ələ keçirib. Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.

İrəvanda polis binasını ələ keçirmiş silahlı qrup pilotsuz uçan aparatı vurub.

Bu barədə Trend erməni KİV-lərinə istinadən xəbər verir.

----------

01:31

İrəvanda polis binasını ələ keçirmiş silahlı qrup silahı yerə qoymaqdan və hakimiyyətə təslim olmaqdan imtina edir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bir az əvvəl silahlı dəstənin üzvləri polis mikroavtobusu yandırıblar.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvanda Daxili Qoşunların və polisin binasını ələ keçirib. Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.