Siyasət

"Ermənistan itkiyə məruz qalanda həmsədrlər əl-ayağa düşür"

24 İyul 2016 19:08
1 Şərh     Baxış: 3 838

http://apa.az/dagliq_qarabag/ehtiyatda-olan-general-leytenant-ermenistan-texribatlari-Keçmiş hərbi birlik komandiri, ehtiyatda olan general-leytnant Yaşar Aydəmirov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin tərəfləri atəşkəs rejiminə ciddi riayət etmələri barədə cağırışına münasibət bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Y. Aydəmirov deyib ki, Ermənistan tərəfi danışıqlara, vasitəçilərin iştirakı ilə əldə olunmuş razılıqlara nümayişkaranə hörmətsizlik göstərir.

Keçmiş hərbi birlik komandiri qeyd edib ki, Azərbaycan tərəfi əvvəllər də düşmən tərəfi atəşkəs rejimini pozaraq hərbi qulluqçularımızı və mülkü əhalini atəşə məruz qoyduqda vasitəçilərə dəfələrlə müraciət edərək Ermənistanın bu hərəkətlərinə reaksiya verməyə və qarşısını almağa çağırıb: "Təəssüflər olsun ki, həmsədrlər Ermənistana qarşı nəinki tədbirlər görməyib, bizim bu çağırışlara biganə yanaşaraq, heç səslərini belə çıxarmayıblar. Lakin Ermənistan tərəfi öz törətdiyi təxribatlar ucbatından cəbhədə itkiyə məruz qalanda dərhal həmsədrlər əl-ayağa düşür, atəşkəs rejiminə ciddi əməl edilməsi barədə bəyanatlar verirlər. Ermənistana xoş gəlsin deyə, onun işğalçılıq siyasətini davam etdirdiyini bildikləri halda belə açıq-aydın ikili standartlar nümayiş etdirirlər. Əgər kimsə Azərbaycanın erməni tərəfinin təxribatlarına, atəşkəs rejiminin Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulmasına səssiz qalacağını düşünürsə, səhv edir. Bir hərbçi kimi bu hərəkətlərin cavabsız qalmayacağına inanıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.