Siyasət

Azərbaycanlı jurnalistlər erməni təxribatının qarşısını aldılar - FOTO

1 İyul 2016 15:53
1 Şərh     Baxış: 1 345

Azərbaycan jurnalistləri ATƏT-in Parlament Assambleyasının Gürcüstanın paytaxtı Tiflisdə keçirilən 25-ci sessiyasında erməni təxribatının qarşısını alıblar.

Milli.Az anspress-ə istinadən bildirir ki, AZƏRTAC və Azərbaycan Televiziyasının xüsusi müxbirləri sessiyanın keçirildiyi zalda masanın altında erməni dilində Qarabağla bağlı kitabların olduğunu aşkar edib və bu nəşrlərin yığışdırılmasını tələb ediblər. Tədbiri işıqlandıran digər azərbaycanlı jurnalistlər də bu tələbə qoşulublar.

ATƏT PA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Bo Nilsen işə qarışdıqdan sonra kitablar zaldan yığışdırılıb.

Kitabda bu il aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı yalan məlumatlar əks olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.