Siyasət

Roma Papası qarşıdakı Azərbaycan səfərinin səbəblərini açıqlayıb

1 İyul 2016 10:55
1 Şərh     Baxış: 1 236

Roma Papası Fransisk sentyabrın 30-dan oktyabrın 2-dək Gürcüstan və Azərbaycana səfər edəcək.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Papanın özü Vatikandakı çıxışı zamanı deyib.
O bu ölkələrə səfər etmək təklifini iki səbəbdən qəbul edib.

"Birincisi, bu torpaqlarda mövcud olan qədim xristian köklərinin dəyəridir. Bu, həmişə digər dinlər və mədəniyyətlərlə dialoq ruhudur", - deyən Roma Papası ikinci səbəb kimi sülhə ümid və yollarının təşviqini göstərib.

"Tarix bizi sülh yolunun böyük əzm və kiçikdən başlayaraq tədricən böyüyən, bir-birinə güzəştə gedən daimi addımlar tələb etdiyini öyrədir. Bu səbəbdən arzum hər kəsin barışığa öz töhfəsini verməsidir", - deyə Papa Fransisk qeyd edib.
Xatırladaq ki, iyunun 24-26-da Roma Papası artıq Ermənistana səfər edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.