Siyasət

Fırıldaqçı Sorosun ehtirası...

30 İyun 2016 17:28
Baxış: 2 059

Corc Sorosun fəaliyyəti nəticəsində iri koorporasiyalar dünyanın bir çox bölgələrində, xüsusən də Afrikada iri gəlirlər əldə etməsi və sadə xalq arasında yaranan aclıq, səfalət, hərc-mərclik vəziyyəti göz önündədir. İndi belə bir adamın hansısa siyasi bəyanat verməsi qeyri-ciddidir.

Milli.Az xəbər verir ki, bu fikirləri Milli.Az-a açıqlamasında Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib.

Millət vəkili qeyd edib ki, C.Sorosun siyasi bəyanat verməsi onun istismarçı siyasətini və gəlir yolları əldə etmə məqsədini bir daha ortaya qoyur. "Ölkəmizə qarşı olan bu mövqeyin səbəbi odur ki, Azərbaycan dövləti belə şəxslərin vətəndaşlarımızın müflisləşməsi hesabına ölkəmizdə gəlirlər əldə etməsinə imkan verməyib. Həmçinin, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlara müxtəlif vasitələrlə mane olmağa çalışan, eyni zamanda ölkə daxilində hərc-mərclik formalaşdırmaq cəhdləri nəticəsində Azərbaycan hökuməti bu maliyyə fırııdaqçısının fəaliyyətinə xitam vermişdi".

F.Muradov qeyd edib ki, Sorosun adı olan yerlərdə böhran, hərc-mərclik halları geniş vüsət alıb: "Bu adamın fəaliyyəti harda varsa, o ölkələrdə daxili münaqişələrin artdığının şahidi oluruq. Eyni zamanda, maliyyə fırıldaqları edən bu adam üçün pul qazanmaq ehtirası bütün maraqlardan üstündür. Bu gün belə bir keyfiyyətlərə malik olan adamı Azərbaycana qarşı istifadə etmək istəyən qüvvələr, həmçinin buna daxildən dəstək verənlər anlamalıdır ki, bizim üçün ölkəmizin milli maraqlarından üstün heç bir şey yoxdur. Yaxşı olar ki, istər daxili, istərsə də xarici qüvvələr xalqımızın istənilən məsələdə ölkə başçısının ətrafında sıx birləşdiyini anlasınlar. Bilsinlər ki, bu cəhdlər sabun köpüyündən başqa bir şey deyil".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.