Siyasət

Elmar Məmmədyarov: "Vaxt çatıb" - FOTO

30 İyun 2016 15:50
0 Şərh     Baxış: 2 650

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi iş aparmağın vaxtı çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Nazir deyib: "Biz Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişik. Ştaynmayer Dağlıq Qarabağla bağlı Ermənistanın mövqeyi barədə mənə məlumat verib".

E.Məmmədyarov əlavə edib ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin birmənalı şəkildə işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edir: "Status-kvonun saxlanılması yolverilməzdir, dəyişdirilməlidir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.