Siyasət

"İrəvan Qarabağ məsələsində güzəştə məcbur edilir" - Erməni KİV

30 İyun 2016 15:30
0 Şərh     Baxış: 1 300

Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin İrəvan səfəri Qarabağ münaqişəsinin həlli üçün əhəmiyyətlidir. İyulun 4-də Rusiya xarici işlər naziri Sergey Lavrovun da Ermənistana gələcəyi münaqişə ətrafında məxfi proseslərin getdiyini göstərir.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə "Qraparak" qəzeti yazıb.
 
Qəzet qeyd edir ki, Ştaynmayerin səfərindən sonra Lavrovun da İrəvana gələcəyi Ermənistanın münaqişə ilə bağlı güzəştə getməyə məcbur edildiyi təəssüratı yaradır: "Əslində, bu iki səfər Qərblə Rusiyanın münaqişədə əsas təşəbbüskarçı olması kimi də başa düşülə bilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.