Siyasət

"İndoneziya Azərbaycana təyyarə, qatar, tanker satmaq istəyir" - FOTO

30 İyun 2016 15:39
1 Şərh     Baxış: 840

İndoneziya Azərbaycanla siyasi və iqtisadi əlaqələri genişləndirmək və onları Azərbaycan-Türkiyə qardaş münasibətləri səviyyəsinədək inkişaf etdirməyi arzulayır.

Milli.Az bildirir ki, bunu Trend-ə İndoneziyanın Bakıdakı səfiri Hüsnan Bəy Fanani deyib.

O bildirib: "Halal məhsul daxil olmaqla Azərbaycan bazarını istənilən xidmət və mal növləri ilə təmin edə bilərik. Azərbaycana yük və sərnişin təyyarələri və tankerlərimizi sata bilərik.

Səfir qeyd edib ki, İndoneziya azərbaycanlı sərmayədarları neft emalı zavodu tikməyə dəvət edir.

Diplomat gələn il İndoneziya prezidenti Coko Vidodonun Azərbaycana səfər edəcəyinin gözlənildiyini deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.