Siyasət

Aureliya Qriqoriu Malta Ordenini Xocalı soyqırımını tanımağa çağırdı

29 İyun 2016 17:32
0 Şərh     Baxış: 844

Dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü təkidlə dəstəkləməli və Ermənistandan BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnaməsini dərhal yerinə yetirməyi tələb etməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriu İtaliyanın Urbino şəhərində Malta Ordeni kavalyerlərinin konqresində çıxış edərkən deyib.

O, həmçinin Ordenin fəxri kavalyerlərini Xocalı soyqırımını tanımağa çağırıb: "Xocalıda vəhşicəsinə öldürülmüş insanlar yalnız azərbaycanlı olduqlarına görə qurbana çevriliblər".

A.Qriqoriu Ermənistanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal etməsi nəticəsində Azərbaycanın üzləşdiyi qaçqın və məcburi köçkün problemindən də danışıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.