Siyasət

Prezident İlham Əliyev Ərdoğana zəng edib

29 İyun 2016 14:38
Baxış: 2 030

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 29-da Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı İstanbulun Atatürk Hava Limanında törədilmiş dəhşətli terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Türkiyə prezidentinə, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Prezident İlham Əliyev terrorçuların çirkin əməllərini qətiyyətlə pisləyərək Azərbaycanın həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanında olduğunu vurğulayıb.

Türkiyə prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.