Siyasət

"İrəvanın dərsini verin!"

29 İyun 2016 14:04
1 Şərh     Baxış: 1 592

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a bildiriblər ki, İsveç Azərbaycanlıları Konqresi Hitlerin əlaltılarından olmuş, II Dünya Müharibəsi zamanı nasist Almaniyasının hərbi rəhbərləri ilə əməkdaşlıq etmiş "general Njde" kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında abidə qoyulması ilə bağlı müraciət yayıb. İsveç Parlamentinə və Xarici İşlər Nazirliyinə ünvalanan müraciətdə deyilir ki, nasist ideologiyasına xidmət etmiş və kütləvi qətllərin törədilməsində məsuliyyət daşıyan Njdenin "qəhrəman" kimi təqdim edilməsinin qarşısı alınmalıdır. Konqres ölkə rəhbərliyini və ictimaiyyəti faşizmin ideallaşdırılması faktına biganə qalmamağa çağırıb.

Müraciətdə vurğulanır ki, Ermənistanın "milli qəhrəman" kimi təqdim etdiyi Njde Ukrayna və Polşada on minlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına "uyğun gəlməyən" digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyır.

Müraciət müəllifləri Njde haqqında daha geniş məlumat verərək bildirib ki, o, 1948-ci ildə hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir şəhərində ölüb, hətta ölümündən sonra belə bəraət ala bilməyib.

Sənəddə BMT Baş Assambleyasının nasizmi pisləyən 2015-ci il dekabrın 17-də qəbul etdiyi 70/139 saylı Qətnamə xatırladılır və həmin sənədin 4-cü bəndində nasist hərəkatının, neonasizm üzvlərinə heykəl qoyulması, nasist hərəkatı ilə əməkdaşlıq edənlərin milli-azadlıq hərəkatlarının iştirakçısı elan edilməsi cəhdləri ilə bağlı BMT-nin narahatlığı diqqətə çatdırır.

Müracitdə deyilir: "Bütün bunları qulaqardına vuran və dünya birliyinə meydan oxuyan Ermənistan isə milyonlarla insanı, o cümlədən erməni xalqının nümayəndələrini qətlə yetirmiş, faşist rejiminə sədaqət andı içmiş şəxsləri bütləşdirir. Ümid etmək istərdik ki, Ermənistanın nasist cinayətkarlarına bəraət qazandırmaq cəhdlərinin qarşısı alınacaq və Njdeyə qoyulan heykəl beynəlxalq birliyin, eləcə də İsveç hökumətinin təzyiqləri ilə söküləcək".

Bundan əlavə,  Danimarkada fəaliyyət göstərən "Vətən" və "Odlar yurdu" cəmiyyətləri də bu ölkədəki azərbaycanlılar adından faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı bir sıra qurumlara etiraz məktubu göndərib. BMT Baş katibinə, Danimarka Xarici İşlər Nazirliyinə, Parlament rəhbərinə və millət vəkillərinə ünvanlanan məktubda Ermənistanda faşist generalına heykəl qoyulması pislənilir və bu, nasist cinayətkara bəraət qazandırmaq cəhdi kimi qiymətləndirilib.

Njde haqqında geniş məlumat verilən məktubda BMT-nin nasizimin qərhərmanlaşdırılmasına qarşı mübarizə ilə bağlı qəbul etdiyi qətnamə xatırladılır və bütün bunların fonunda İrəvanın mərkəzində faşist generala heykəl qoyulmasını Ermənistanın dünyaya meydan oxuması kimi qiymətləndirilib.

Danimarka azərbaycanlıları hesab edirlər ki, rəsmi İrəvanın bu addımı eyni zamanda İkinci Dünya müharibəsi qurbanlarının ruhunun təhqir olunmasıdır və dünya ictimaiyyəti nasizmin təbliği, nasist "qəhrəmanlara" bəraət qazandırmaq cəhdlərinin qarşısını almalıdır.

İlkin İzzət

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.