Siyasət

Ankara Moskvaya təzminat ödəməyə hazırdır

28 İyun 2016 06:51
3 Şərh     Baxış: 2 538

Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini vurduğuna görə təzminat ödəməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

"Məktubda biz öz təəssüfümüzü bildirdik və lazım gələrsə təzminat ödəməyə hazırıq dedik. Normallaşma prosesi faktiki olaraq başladı", - deyə Binəli Yıldırım bildirdi.
Qeyd edək ki, ötən il noyabrın 24-dən sonra Rusiya və Türkiyə arasında münasibətlər gərginləşib. Türkiyə Hərbi Hava Qüvvələri Suriya ilə sərhədə Rusiyanın "Su-24" qırıcısını vurub. Türkiyə tərəfi bunu hava məkanının pozulduğuna görə etdiyini bəyan etsə də, Rusiya həmin iddiaları rədd edərək hadisəni "arxadan vurulan zərbə" adlandırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.