Siyasət

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişə tərəfləri danışıqlarda irəliləməyə çağırdı

24 İyun 2016 21:32
Baxış: 1 111

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişə tərəfləri mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatda öz əksini tapmış razılaşmalara hörmət etməyə çağırılır. Trend-in ATƏT-in saytına istinadən verdiyi məlumata görə, bu barədə həmsədrləri birgə bəyanat yayıblar.

"Biz Azərbaycanı və Ermənistanı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa çağırırıq. Həmçinin substantiv danışıqlarda irəliləyişə nail olmağa və ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə çağırırıq. Biz prezidentlərin son iki görüşünün nəticələrinin irəliləyişi üçün tərəflərlə əməkdaşlığımızı davam etdirəcəyik", - deyə bəyanatda bildirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.