Siyasət

Əli Həsənov: "Bütün dövlətlərlə münasibətlər qarşılıqlı maraqlara söykənir"

31 May 2016 11:17
Baxış: 581

"Azərbaycanın bütün dövlətlərlə, həmçinin, ABŞ və Avropa dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətləri çox rəvandır, proqnozlaşdırılandır və qarşılıqlı maraqlara söykənir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov deyib ki, bu əlaqələr daxili işlərə qarışmamaq və bir-birinin maraqlarını ifadə etmək əsasında qurulub: "Təbii ki, bu ölkələr sırasında ABŞ da xüsusi əhəmiyyət kəsb edir. Bizim bütün sahələrdə bu ölkələrlə münasibətlərimiz rəvandır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.