Siyasət

Anjey Kaspşik: "İş yaxşı irəliləyib"

29 May 2016 15:30
Baxış: 1 147

"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi mənim hazırkı mandatıma təsir etməyəcək, lakin sahə köməkçilərinin sayı artacaq"

"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəlik ofisinin genişləndirilməsi istiqamətdə iş yaxşı irəliləyib".
 
Bu sözləri APA-ya eksklüziv açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bildirib.
 
A. Kaspşik deyib ki, yaxın günlərdə nümayəndəlik ofisinin genişləndirilməsi ilə bağlı büdcə də daxil olmaqla, yekun nəticəni, konsepsiyanı Vyanada ATƏT-ə üzv ölkələrin təsdiq etməsi üçün təqdim edəcəyinə ümid edir. O qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada keçirilən görüşündə prezidentlər ATƏT araşdırma mexanizmini başa çatdırmaq, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisini genişləndirmək, itkin düşmüş şəxslər barədə məlumat mübadilələrini davam etdirmək və hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası üçün danışıqların növbəti mərhələsini keçirməyi qərara alıblar: "Bu məqsədlə ATƏT-in fəaliyyətdə olan sədrliyi mənə ATƏT katibliyinin dəstəyi ilə  mənim ofisimin genişləndirilməsi konsepsiyasını hazırlamağımı tapşırdı.  Genişləndirmə mənim hazırkı mandatıma təsir etməyəcək, lakin sahə köməkçilərinin sayı artacaq. Bununla da mənim ofisim monitorinqlərin sayını artıra və hakimiyyət rəsmiləri ilə daha mütəmadi əlaqə qura biləcək. Bu, ATƏT sədrliyinə və həmsədrlərə davam edən vəziyyət barədə daha çox hərtərəfli  məlumat əldə etmək şansı verəcək. Eyni zamanda eskalasiya riskinin azaldılması ilə bağlı mənim mandatım çərçivəsində dəstək sorğularına daha çevik cavab təmin edəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.