Siyasət

Bolqarıstan parlamenti təkzib etdi: Heç bir nümayəndə heyəti Ermənistanda olmayıb

27 May 2016 21:34
0 Şərh     Baxış: 1 031

Bolqarıstandan heç bir parlament nümayəndə heyəti Ermənistanda səfərdə olmayıb. Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Bolqarıstanın Xalq Məclisinin mətbuat xidmətinin bəyanatında deyilir.

Mətbuatda yazılanlarla əlaqədar olaraq, parlamentin mətbuat xidməti bəyan edir ki, heç bir parlament nümayəndə heyətinin Ermənistana səfəri olmayıb: "Millət vəkilləri Valeri Simeonov, Valentin Kasabov, Dimitr Bayraktarov və Xristiyan Mitevin səfəri Xalq Məclisinin hesabına deyil, şəxsi dəvət əsasındadır və səfərin Bolqarıstan parlamentinə heç bir aidiyyəti yoxdur".

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Bolqarıstanın Vətənpərvər Cəbhə partiyasını təmsil edən parlament üzvləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

Bir müddət əvvəl Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev demişdi ki, müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra onların adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.