Siyasət

"Avropa İittifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır"

27 May 2016 13:37
Baxış: 482

"Avropa İittifaqı (Aİ) Azərbaycanın əsas ticarət tərəfdaşıdır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanda institusional inşaat proqramına dəstəyə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycanın Aİ ölkələri ilə əmtəə dövriyyəsi 9,7 milyard dollar təşkil edib: "Bu müsbət tendensiya cari ildə də qorunub. 2015-ci ilin əvvəlindən bu göstərici 2 milyard dollara çatıb".

Nazir müavini əlavə edib ki, son 10 ildə Aİ ölkələrinin Azərbaycanda əsas kapitala qoyduğu investisiyaların həcmi ölkənin əsas kapitalına qoyulmuş bütün investisiyaların 45,6 faizini təşkil edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.