Siyasət

Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan XİN rəhbərinə cavab verdi

27 May 2016 11:56
Baxış: 1 736

Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan XİN-in rəhbərinə cavab verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, diplomatik missiyanın E.Nalbandyanın sözlərinə cavab verdiyi məlumatında deyilir: "Səfirlərin fəaliyyətini üçüncü şəxslər deyil, onları göndərən dövlətlər və qəbul edən tərəflər qiymətləndirirlər. Buna görə də erməni nazir diqqətini tövsiyələr verməyə haqqı olduğu öz tabeliyindəki insanlara ayırsa, yaxşı olardı. Azərbaycana qarşı təcavüz həyata keçirən Ermənistan xarici siyasət dairəsinin rəhbərinin parlamentdə Polad Bülbüloğlunun fəaliyyətini belə formada şərh etməsi faktı Azərbaycanın Rusiyadakı səfirinin işinin keyfiyyətinin bariz göstəricisidir".

Qeyd edək ki, ötən gün bəzi erməni KİV-lərinin yaydığı məlumatda deyilirdi ki, E.Nalbandyan Azərbaycanın Rusiyadakı səfirliyinin Ermənistanın diplomatik missiyasından daha yaxşı işlədiyini qeyd edən ölkə parlamenti deputatlarının suallarını cavablandırarkən Polad Bülbüloğlunun işi ilə bağlı qeyri-korrekt ifadə işlədib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.