Siyasət

AŞ PA Azərbaycana müşahidəçilər göndərəcək

27 May 2016 20:26
0 Şərh     Baxış: 2 000

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycanda keçiriləcək təkrar seçkilərə müşahidəçilər göndərəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Twitter-dəki səhifəsində yazıb.

O qeyd edib ki, AŞ PA-nın Tallində keçirilən Büro iclasında Azərbaycan Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkiləri müşahidə etmək üçün nümayəndələrin göndərilməsi barədə qərar qəbul edilib. Büro məsələ ilə bağlı təklifi yekdilliklə qəbul edib".

Xatırladaq ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilər gələn ayın 18-nə təyin edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.