Siyasət

General: "Azərbaycan və ABŞ-ın əməkdaşlıq etməsi üçün bir çox sahələr var"

26 May 2016 20:17
1 Şərh     Baxış: 822

Azərbaycan və ABŞ-ın əməkdaşlıq etməsi üçün bir çox sahələr var.

Milli.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının rəhbəri, general Ben Hoces deyib.

O qeyd edib: "Bu mənim Azərbaycana ilk səfərimdir. Əməkdaşlığımızı möhkəmləndirmək və davam etdirmək üçün bir çox sahələr var".

General vurğulayıb ki, Azərbaycan hərbçiləri ABŞ əsgərləri ilə birgə Əfqanıstandadırlar: "Biz bu yay Rumıniyada birgə təlimlər keçirməyi planlaşdırırıq. Azərbaycanın Əfqanıstandakı əməliyyatları dəstəkləməkdə davam etməsi ölkənizin təhlükəsizlikdə və sabitlikdə maraqlı olduğunu göstərir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.