Siyasət

Dünya liderləri prezident İlham Əliyevi təbrik etdilər - YENİLƏNİB

26 May 2016 20:52
Baxış: 770

20:52

Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tani prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə xoş arzularımla birgə ən səmimi salamlarımı və təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".

X X X

Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tani prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu etməkdən məmnunluq hissi duyuram".

X X X

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi və Sizin şəxsinizdə Azərbaycan xalqını Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq diləyir, ölkələrimiz arasındakı münasibətlərin qarşıdan gələn illərdə daha da inkişaf etməsini arzulayıram".

X X X

İordaniyanın Kralı II Abdullah prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə İordaniya Haşimilər Krallığının xalqı və Hökuməti adından səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Cənab Prezident, ölkənizə və xalqınıza davamlı inkişaf və tərəqqi arzularımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırır, uğurlar, əmin-amanlıq və rifah arzu edirəm.

Cənab Prezident, xahiş edirəm, dərin ehtiramımı qəbul edin".

X X X

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizin rəhbərliyinizlə həyata keçirilən, Azərbaycanın geniş potensialından istifadə olunmasına, xalqın rifahının yüksəldilməsinə və ölkənizin nüfuzunun beynəlxalq aləmdə möhkəmlənməsinə yönəlmiş islahatlar və dəyişikliklər siyasətini Özbəkistanda böyük diqqətlə izləyirlər.

Əminəm ki, Özbəkistan ilə Azərbaycan arasında möhkəm və sarsılmaz qarşılıqlı anlaşma, etimad və hörmət prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeyi və rifahı naminə bundan sonra da durmadan inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar arzulayır, qardaş Azərbaycan xalqına sülh və daha yüksək firavanlıq diləyirəm".

X X X

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai prezidentİlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ölkənizə və xalqınıza isə tərəqqi arzulayıram.

Zati-alinizin səyahət və turizm sənayesinə şəxsən göstərdiyi dəstək dövlətinizin turizmə sosial və iqtisadi inkişafın bir istiqaməti kimi baxdığının və Azərbaycanın dünya turizm arenasında güclü brend kimi təşəkkül tapmasına önəm verdiyinin təzahürüdür.

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycan arasında yüksək münasibətlərin gələcək illərdə də inkişaf edəcəyinə əmin ola bilərsiniz.

Cənab Prezident, Sizi bir daha təbrik edir və ən yüksək ehtiramımı çatdırıram".

----------

18:15

Moldova Respublikasının Prezidenti Nikolaye Timofti prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizə Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi və hərarətli təbriklərimi çatdırmaqdan şərəf və xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının bütün sahələrdə, xüsusən sosial və iqtisadi sferalarda qazandığı sanballı uğurları vurğulayaraq, bildirmək istəyirəm ki, bu nailiyyətlər dövlətinizin prioritet vəzifələri həyata keçirməyə istiqamətlənmiş məqsədyönlü siyasəti sayəsində mümkün olub.

Əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında dialoqun inkişafı, habelə mövcud qarşılıqlı hörmət gələcəkdə də ölkələrimizin və xalqlarımızın ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığının möhkəmlənməsi işinə əhəmiyyətli töhfələr verəcək.

Zati-aliləri, bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə yeni uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

X X X

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi, qardaş Azərbaycan xalqını və Hökumətini Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Allah-Taaladan Sizə, ölkənizə və xalqınıza tərəqqi, xoşbəxtlik və rifah diləyirəm. Xalqlarımızı birləşdirən möhkəm qardaşlıq əlaqələrinə dərin inamımızı ifadə edir, bu əlaqələrin inkişafından, ölkələrimiz üçün faydalı olan və ortaq məqsədlərimizə xidmət naminə aramızdakı qarşılıqlı əməkdaşlığın gücləndirilməsindən sonsuz məmnunluq duyuram.

Zati-aliləri, müstəqil Fələstin Dövlətinin yaradılmasına qardaşlıq dəstəyinizi yüksək qiymətləndirir və təşəkkür edirik.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm. Xahiş edirəm ən səmimi təbriklərimi qəbul edəsiniz".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.