Siyasət

Əfqanıstan Prezidentinin müşaviri Azərbaycana gələcək

25 May 2016 17:55
0 Şərh     Baxış: 690

Əfqanıstan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hənif Atmar gələn həftə Azərbaycana səfər edəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə Əfqanıstanın Bakıdakı səfirliyindən deyiblər.

Səfər zamanı H.Atmar bir sıra yüksək səviyyəli görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.

Səfər Azərbaycan tərəfinin dəvəti ilə baş tutacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.