Siyasət

BMT Sammitində: "Ermənistanın nifrət ideologiyası nüvə şantajı qədər təhlükəlidir" - FOTO

25 May 2016 14:36
Baxış: 824

Ermənistanın nifrət ideologiyası nüvə şantajı qədər təhlükəlidir.

İslam Konfransı Gənclər Forumundan (İKGF) Milli.Az-a verilən xəbərə görə, bu sözləri dünən Türkiyənin paytaxtı İstanbul şəhərində BMT-nin Dünya Humanitar Sammitinin "Post-münaqişə zonalarında təhsil" mövzusundakı iclasında çıxış edən İKGF sədri Elşad İskəndərov bildirib.

İclasda eyni zamanda İSESCO və İKGF-ni təmsilən çıxış edən Elşad İskəndərov deyib ki, hazırda UNESCO tərəfindən 42 ölkə silahlı münaqişə zonası kimi tanınıb. O, beynəlxalq ictimaiyyətin bu ölkələrdə yalnız gündəlik tələbat yardımları deyil, münaqişədən əziyyət çəkən gənclərin təhsil hüquqlarının təmin olunması üçün də səylər göstərməsinin vacibliyini vurğulayıb.

E.İskəndərov qeyd edib ki, BMT, UNESCO və rasizmə qarşı mübarizə aparan digər beynəlxalq qurumlar münaqişə tərəflərinin yeni nəslə qarşı yönəlmiş irqi nifrət və insanlığa zidd təbliğatının qarşısının alınması üçün mövcud beynəlxalq mexanizmləri işə salmalıdırlar. O, zirvənin açılışında Azərbaycan prezidenti İlham Əliyevin çıxışında səsləndirilən, Ermənistanın nüvə silahı şantajı haqqında çağırışını iclas iştirakçılarının diqqətinə bir daha çatdıraraq belə deyib: "Ermənistan rejimi kütləvi qırğın silahını istifadə edəcəyi bəyanatlarını verirsə, bunun səbəbini həmin ölkədəki rejimin insanlığa qarşı nifrət ideologiyası üzərində qurulmasında axtarmaq lazımdır. Bu gün Ermənistanın təhsil müəssisələrindəki təbliğatında yeni nəslin zehni yalnız antiazərbaycan, antitürk düşmənçiliyi ilə deyil, həmçinin türk irqinin genetik olaraq sivilizasiyaya uymadıgı kimi irqçı və islamofob tezislər üzərində qurulmuş təbliğatla da doldurulur. Bu səbəbdən "Qarabağ klanı" kimi tanınan bugünkü rejimin banilərindən biri, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hətta Avropa Şurasının kürsüsündən azərbaycanlıların ermənilərlə genetik səviyyədə birgə yaşayış üçün uyğun olmadığı tezisini səsləndirib".

Tarixə baxsaq, görərik ki, Hitlerin yəhudilərə, Akayesunun tutsi xalqına, Miloşeviçin  Srebrenisa sakinlərinə və indiki Ermənistan prezidenti Sarqsyanın Xocalıdakı dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımların arxasında bənzər ideoloji xətlər dayanmışdır".

E. İskəndərov bu tərzdə nifrət ideologiyaların erkən tanınması və aşkarlanaraq onlara qarşı mübarizə aparılması üçün beynəlxalq mexanizmin yaradılmasını təklif edib.

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.