Siyasət

Məşhur erməni: "Əvvəl Qarabağı, sonra Ermənistanı itirəcəyik" - VİDEO

24 May 2016 16:33
10 Şərh     Baxış: 10 050

Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dən sonra hamımız anladıq ki, bizdə xalq var, amma hakimiyyət yoxdur: əsgər var, amma ordu yoxdur.

Ermənistanın məşhur rəssamlarından biri Nikol Ağbabyan 1in.am-a verdiyi müsahibəsində bildirib ki, məhz prezident Serj Sarkisyan hakimiyyətinin yürütdüyü siyasət nəticəsində erməni gənclər həlak olurlar.
"Hakimiyyətimiz bu cinayətlərə görə cavab verməlidir. Məsuliyyətə cəlb olunma vəzifədən çıxarılma ilə bitmir. Hərbi tribunal qurulmalıdır. Çünki övladlarımızı itiririk və o gənclərdən hər biri ailəsi üçün bir işıqdır", - N.Ağbabyan söyləyib.

Tanınmış erməni rəssamın fikrincə, Ermənistandan çıxıb getməyən, hələlik ölkədə qalıb mühacirət etməyən imkanların 80 faizi vətənini tərk etmək istəməyən adamlardır: "Bu, bizim vətəndir və hər cür qurbana hazırıq. Bu belədir. Amma qurbanlarımızın əsas səbəbinin bu hakimiyyət olduğunu bilərək daim qurbanlar verməyə hazır olduğumuzu düşünmürəm. Bu adamlar hakimiyyətdən könüllü getməlidirlər. Düşünürəm ki, onlar çaşqınlıq içindədir, hakimiyyətdən getmək istəyirlər. Amma qorxurlar ki, iqtidarı tərk etsələr, milli düşüncəsi olan qüvvələrin hakimiyyətə gəlməsindən sonra cəzalarını alacaqlar, indiyədək qarət etdikləri nə varsa, əllərindən alınacaq".

N.Ağbabyan Ermənistan prezidenti Serj Sarkisyanın iqtidarının bundan sonra dəyişəcəyinə və ermənilərin xeyrinə, dövlətin və millətin maraqları naminə addımlar atacağına, qərarlar qəbul edəcəyinə inanmır: "Onlar əsla düzələn deyillər. Onlara çox şans verdik, amma heç bir müsbət addım atmadılar, ağıllı və ya gərəkli qərar vermədilər".
Rəssam hesab edir ki, ermənilərin başlıca və əsas düşməni indiki hakimiyyətdir.

"Belə deyilsə, qoy əksini sübut etsinlər. Sözlə yox, əməllə göstərsinlər ki, Sarkisyan iqtidarı bizə düşmən yox, dostdur. Yox, əgər sübut edə bilməsələr - onları qovmalıyıq. Bu insanların yeri zindandır. Çünki xalqı və ölkəni qarət etdikləri bəs deyilmiş kimi, əlləri bu qədər insanın qanına batıb. Axı nə qədər dözməliyik?! Yetər artıq. Belə davam edərsə, xalqın səbr kasası daşacaq. Ya mühacirət dalğası artacaq, ya üsyan olacaq, ya da Qarabağla yanaşı, Ermənistanı da itirəcəyik. Bütün bunların olmaması üçün normal seçkilər keçirərək bu bandadan, quldur və cinayətkar yığınından qurtulmaq daha asan yol deyilmi? Bu yırtıcılar xalqımızı parçalayır, ölkəmizi dağıdırlar. Bir düşünün: Qarabağda müharibə oldu, amma Sarkisyan elə davrandı ki, sanki, Ermənistanın prezidenti yoxdu", - N.Ağbabyan deyib.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.