Siyasət

Malena Mard: "Azərbaycanın nəqliyyat və logistik mərkəzə çevrilməsi üçün böyük potensialı var"

24 May 2016 12:08
Baxış: 706

Avropa İttifaqı (Aİ) 2016-cı ilədək Azərbaycanda TAIEX proqramı xətti üzrə "müxtəlif sahələrdə 213 layihə reallaşdırıb".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard Bakıda dəniz limanlarında əməliyyatlar və idaretməyə həsr edilmiş seminarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi nəzərə alınmaqla Şimalı Cənubla və Şərqlə Qərbi birləşdirən nəqliyyat və logistik mərkəzə çevrilməsi üçün böyük potensialı var: "Bakı dəniz limanı ilə Avropa limanları arasında əməkdaşlığın genişləndirilməsi, burada dünyanın qabaqcıl texnologiyalarının tətbiq edilməsi bu məqsədin reallaşdırılması üçün vacib addımdır. İnanıram ki, Bakı limanı Azərbaycanın Avrasiyanın nəqliyyat mərkəzinə çevrilməsində vacib rol oynayacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.