Siyasət

Günün ən sarsaq ERMƏNİ AÇIQLAMASI

6 May 2016 13:42
13 Şərh     Baxış: 17 913

"Bütün ermənilərə xoş xəbərim var. Avropanın ən azı üç ölkəsi Dağlıq Qarabağın dövlət müstəqilliyini tanımağa hazırdır".

Ermənistan İrs Partiyasının funksioneri, ölkə parlamentinin deputatı Zarui Postancyan belə bəyanatla çıxış edib.
Milli.Az "Radio Azatutyun"a istinadən bildirir ki, Dağlıq Qarabağdakı separatçı rejimin "dövlət müstəqilliyi"nin Ermənistan tərəfindən rəsmən tanınmasını nəzərdə tutan qanun layihəsinin "müəllif"lərindən olan Z.Postancyanın sözlərinə görə, dedikləri yetərincə ciddidir.

"Son günlərdə bu istiqamətdə aktiv olduğumdam Avropanın üç ölkəsindən diplomatlar mənimlə əlaqə saxladılar və dedilər ki, əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, onlar da analoji addımlar atacaqlar. Mənə dedilər ki, hökumətlərinin belə qərar qəbul etməsi üçün əllərindən gələni edəcəklər. Onlar Ermənistanın qərarını gözləyirlər", - Zarui Postancyan söyləyib.

Z.Postancyan onunla danışmış diplomatların Avropanın hansı ölkələrini təmsil etdiklərini açıqlamayıb.
Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan deputat Z.Postancyanın bəyanatını şərh etmək istəməyib.

Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri, iqtidardakı Ermənistan Respublika Partiyasının funksioneri Artak Zakaryan isə deyib: "Zarui Postancyanın bəyanatlarını ciddi qəbul etmirəm. Rəsmi tanınma ilə bağlı prosedurlar dövlətlərarası münasibətlərdir. Başqa heç nə deyə bilmərəm".

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.