Siyasət

ABŞ təşkilatının sorğusu: "Azərbaycan əhalisinin 96,8 faizi Prezident İlham Əliyevə etibar edir"

5 May 2016 17:50
Baxış: 1 689

Azərbaycan əhalisinin 96,8 faizi Prezident İlham Əliyevə etibar edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu göstərici ABŞ-ın nüfuzlu müstəqil qeyri-hökumət təşkilatı "Arthur J. Finkelstein & Associates" (AJF) tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələrində əks olunub.

Sorğunun digər maraqlı məqamlarına gəlincə, bu qısa xülasə 23-29 aprel 2016-cı ildə AJF & Assoşieyts tərəfindən səsvermə yaşına çatmış 1200 azərbaycanlı arasında aparılmış milli sorğuya əsaslanır.

95% etibarlı faizdə yanlışlıq faizi +/- 2.83%-dir.

Sorğuda əsas məqamlar

Faktlar aydın və ardıcıldır:

• Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər rayonlarında aparılmış hərbi əməliyyatlar Prezident İlham Əliyevə və hökumətə böyük etibar və dəstək verən Azərbaycan xalqını tamamilə birləşdirdi.
• Azərbaycanlıların böyük əksəriyyəti bildirir ki, Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər rayonlarının işğalı həm ölkənin, həm də ailələrin üzləşdiyi yeganə ən mühüm məsələdir.
• Əhalinin əksəriyyəti Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər rayonlarını Ermənistan təcavüzkarlarından azad etmək üçün istənilən və bütün, o cümlədən hərbi vasitələrdən istifadə etməyə hazırdır.
• Bundan əlavə, azərbaycanlıların çoxu hökumətin iqtisadi islahatlarını dəstəkləyir, ölkədə sosial sabitlik yaradıldığına görə hökuməti yüksək qiymətləndirir və Prezidentin və hökumətin apardığı ümumi xarici siyasətə dəstək nümayiş etdirir.
• Azərbaycan vətəndaşlarının əksəriyyəti bildirir ki, hökumət korrupsiya ilə mübarizədə tədbirlər görülməsi sahəsində əla yaxud yaxşı işləyib.

Qısa icmal

• Azərbaycanın Dağlıq Qarabağ və digər rayonlarının işğalı. Demək olar ki, hər zaman əhali ölkə ilə ailələrinin üzləşdiyi məsələlər arasında böyük fərq qoyur. Lakin hazırki vəziyyətdə elə bir şərait yaranıb ki, 81.5% respondent ölkənin, 53.6% respondent isə ailələrinin üzləşdiyi bir nömrəli məsələnin Dağlıq Qarabağ olduğunu deyir.

"Bu gün ölkəmizin üzləşdiyi ən mühüm məsələ hansıdır?" sualının "Bu gün sizin və ailənizin üzləşdiyi ən mühüm məsələ hansıdır?" sualı ilə müqayisəsi

- Azərbaycan xalqı etibar və görülən iş baxımından Prezident İlham Əliyevə böyük dəstək nümayiş etdirir.

"Azərbaycanın Prezidentinə etibar edirsinizmi?"

"Prezident Əliyevin işini necə qiymətləndirirsiniz?"

- Azərbaycan xalqı böyük əksəriyyətlə hesab edir ki, hökumət onları qoruyaraq, öz işinin öhdəsindən gəlib.

"Ölkə rəhbərliyi ölkəni Ermənistan təcavüzkarlarından qoruyur"

- Eyni zamanda Azərbaycan xalqı böyük əksəriyyətlə hərbi üsulların səmərəliliyinə inanır.

"Azərbaycan hökumətinin Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində Ermənistan tərəfinin təxribatlarına verdiyi hərbi cavabın səmərəliliyini necə qiymətləndirirsiniz?"

- Dağlıq Qarabağ və işğal edilmiş digər rayonlarda gedən hərbi əməliyyatlar, demək olar ki, bütün ölkənin vətənpərvərlik ruhunu yüksəldib.

"Azərbaycanın işğal edilmiş ərazilərində baş vermiş son hadisələr sizi Azərbaycana münasibətdə daha çox yaxud daha az vətənpərvər etdi?"

- Vacib məqam odur ki, respondentlərin təxminən 100%-i ölkəni Ermənistan işğalından qorumaq üçün bütün, o cümlədən hərbi vasitələrdən istifadəni dəstəkləyiblər.

"Ölkəni Ermənistanın işğalından qorumaq məqsədilə bütün vasitələrdən, o cümlədən hərbi yoldan istifadə edilməsini dəstəkləyirsinizmi?"

"Prezidentin və Azərbaycan hökumətinin apardığı xarici siyasəti səmərəli hesab edirsinizmi?"

- Eyni zamanda respondentlərin əksəriyyəti Prezidentin və hökumətin apardığı xarici siyasəti səmərəli hesab edir.

- Sonda, Dağlıq Qarabağ məsələsi insanların fikirlərinə açıq-aşkar hökmranlıq etdiyi, eləcə də insanların hökumətin işğal edilmiş ərazilərdə gördüyü işlərin arxasında birləşməsinə səbəb olduğu bir vaxtda, Azərbaycan xalqı iqtisadi islahatlar və sabit cəmiyyət qurmaq kimi bir sıra digər məsələlərlə bağlı hökumətə yüksək qiymət verir. Korrupsiya ilə mübarizəyə gəldikdə isə azərbaycanlıların əksəriyyəti bildirir ki, hökumət əla və ya yaxşı iş görmüşdür, lakin hələ də irəliləyiş əldə oluna bilər.

"Ölkədə həyata keçirilən iqtisadi islahatların dünya iqtisadi böhranının Azərbaycana təsirinin azalmasına gətirib çıxaracağına inanırsınızmı?"

"Azərbaycanda sosial sabitlik səviyyəsini necə qiymətləndirirsiniz?"

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.